Baş nazirin müavini artıq Bakıdadır
Baş Nazirin müavini Abid Şərifov Bakıya qayıdıb. VOİCEPRESS-in məlumatına görə, İsraildə ürək əməliyyatı keçirən dövlət rəsmisi ötən gün axşam saatlarında vətənə dönüb.
Xatırladaq ki, Abid Şərivofun ürəyində yaranmış ciddi problemlər səbəbindən xüsusi reyslə İsrailə aparılmışdı. Hayfa şəhərindəki Rambam dövlət xəstəxanasına yerləşdirən Şərifovun ürəyində aorta koronar şuntlama əməliyyatı həyata keçirilmişdi.
VOİCEPRESS.AZ