9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel, 09:02

Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9103 hüquq-mühafizə orqan əməkdaşı işdən uzaqlaşdırılıb. VOİCEPRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatında bildirilir. Onların FETÖ ilə əlaqəli olduqlarına görə vəzifələrindən uzaqlaşdırıldığı bildirilir.

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here