Yeni bir həyat qurmaq üçün ümid yolçuluğuna çıxan skripka ifaçısı Barış Yazgı dünən Egey dənizində batan qayıqda həyatını itirib. Belçikaya getmək niyyətində olan Barışın cəsədi skripka qutusuna sarılmış halda tapılıb.
VOİCEPRESS “gazetevatan”a istinadla bildirir ki, dünən sığınacaq axtaran şəxslərləri daşıyan daha bir qayıq Egey dənizində batıb. Hadisədən sonra 16 nəfərin cəsədi tapılıb.
Cəsədlərdən biri xilasetmə dəstəsinin üzvlərinin diqqətini çəkib. Belə ki, polislər cəsədi tapanda o skripkasına sarılmış halda idi.
Qeyd edək ki, 22 yaşlı Barışın niyyəti Belçikada musiqi təhsili almaq imiş. O, viza ala bilmədiyinə görə dəniz yolu ilə ölkəni tərk etmək istəyib.
VOİCEPRESS.AZ