204 nəfər xaricə müalicəyə göndərilib: Dövlət hesabına

0
314331

“Ötən il ərzində Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yönləndirdiyi1655 nəfər xaricdə müalicə almaq üçün müraciət edib. Müraciət edənlərdən 204-nün istəyi təmin olunub”.

Bunu VOİCEPRESS-ə açıqlamasında Vətəndaşların Respublikadan kənar Müalicəyə göndərilməsi Məsələləri üzrə Komissiyanın üzvi, baş pediatr Nəsib Quliyev deyib.

Həmsöhbətimiz bildirib ki, xəstələrin xaricə göndərilməsi məsələsi komitənin tərtib etdiyi tibbi göstəriş əsasında müəyyənləşdirilir. Tibbi göstərişdə qeyd olunan tələblərə cavab verildikdə həmin xəstələr müalicə üçün xaricə göndərilir.

Onun sözlərinə bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 204 nəfər qrup şəklində kurs müalicə almaq üçün xaricə göndərilib: “204 nəfərdən 83-ü uşaq olub”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here