Yevda Abramov: “Ermənilərə Nürnberq məhkəməsi mütləq qurulacaq”

0
314524

VOİCEPRESS-in məlumatına görə, 53 saylı Quba-Qusar DSK-dan Milli Məclisə deputat seçilmiş Yevda Abramov istipress-in “Azərbaycanlıların soyqırımını dünya ictimaiyyətinə çatdıra bilmişikmi?” sualına ətraflı şərh verib.
Bildirib ki, 12 ildir Azərbaycan Milli Məclisinin üzvüdür, soyqırımla baglı 4 Beynəlxalq Konfransda iştirak edib. O Azərbaycan dövləti və prezidentinin bu sahədə güclü iş apardığını deyərək ABŞ-ın 21 ştatının, İslam ölkələrinin hamısının ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımını tanıdığını, 11 ölkə parlamentində soyqırımın qəbul edildiyini də diqqətə çatdırıb.

Cənab Abramov Azərbaycanlıların soyqırım faktı ilə bağlı deputatların 4 film çəkdiyindən, həmin filmlərin ingilis, fransız, italyan, ispan dillərinə tərcümə olunduğundan da danışdı. Amma yəhudi əsilli deputat təəssüflə onu da qeyd edib ki, dünya dövlətlərində xaça xidmət etmək var, dünyada xristian-müsəlman qarşıdurması gedir, ona görə müsəlmanlara qarşı edilən soyqırımları qəbul etmək istəmirlər.

Amma Azərbaycan Milli Məclisinin üzvü Yevda Abramov ermənilərin gec-tez məhşər ayağına çəkiləcəyinə əmindir: “Ermənilərə Nürnberq məhkəməsi mütləq qurulacaq və onlar da öz cəzalarına çatacaqlar”.

Qeyd edək ki, Qubada soyqırım qurbanlarının anım mərasimi axşam saatlarınadək davam edib və gün ərzində qan su yerinə axan faciəvi günün günahsız qurbanlarını 42 000 nəfər ziyarət edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here