“Ya səhv yoldan qayıdın, ya da Türkiyədən çıxın” – Ərdoğan

0
314629

“Türkiyə 80 milyon vətəndaşının hər birinin dövlətidir, ölkəmizin problemləri müzakirə edərək, danışaraq həll etmək üçün uzatdığı əli qırmaq istəyən qüvvələr isə məhvə məhkumdurlar”.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardindəki mitinqdə deyib.

R.T.Ərdoğan bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri fasiləsiz olaraq terrorizmlə mübarizə aparırlar: “Türkiyədə hansı təşkilata aid olmasından asılı olmayaraq heç bir terrorçuya rahatlıq yoxdur. Ya onlar səhv yoldan qayıdıb silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər. Əks halda ordu, polis onları yaxalayaraq məhv edəcəklər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here