Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verir

0
314759

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə prosesi başlayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, ölkə xaricində səsvermə martın 27-dən aprelin 9-dək, sərhəd-keçid məntəqələrində martın 27-dən aprelin 16-dək davam edəcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də Gəncə və Naxçıvandakı konsulluqlarda səs ver bilərlər. Azərbaycanda 6 mindən çox türk vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here