“WhatsApp”da virus yayıldı

0
314113

Populyar “WhatsApp” messencerində virus yayılıb.
VOİCEPRESS
lent.az-a istinadən verdiyi xəbərə görə, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.

Hakerlər fotolar, videolar, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlardan oğurlamağı bacaran virus hazırlayıblar. Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.

“WhatsApp”ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here