Vəzifəli şəxslər üçün yeni məsuliyyət müəyyənləşdirildi

29 Mart, 11:04

Nazirlər Kabinetinin (NK) 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edib.

NK-dan VOİCEPRESS-ə verilən məlumata görə, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın Fondun vəsaitlərinin istifadə edilməsilə bağlı bölməsinə yeni əlavə edilib.

Əlavəyə görə, vəzifəli şəxslər Fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here