“Niderland höküməti Türkiyədən rəsmi olaraq üzr istəməlidir”
“Niderland höküməti Türkiyədən rəsmi olaraq üzr istəməlidir, lakin düşünürəm ki, bu da yetərli olmayacaq” bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. VOİCEPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bildirib ki, Niderland rəsmilərinin mövqeyi yolverilməzdir. “Bu dərəcədə utanc verici hərəkətlərə hətta nasizm dövründə rast gəlinməyib”.
Nazir daha sonra tvitter səhifəsində dinc etiraz aksiyasının üzvlərinə qarşı itlər buraxılmasının şəkillərini yayıb.
VOİCEPRESS.AZ