Türkiyə Hollandiyanı daha sərt şəkildə hədələdi

14 Mart, 20:39

Türkiyə Hollandiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş nazirinin köməkçisi Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, əgər Hollandiya başlatdığı bu böhranı aradan qaldırmasa, siyasi və hüquqi sanksiyalarla yanaşı bu ölkəyə qarşı iqtisadi sanksiyalar da gündəmə gələ bilər: “Baxacağıq, gözləyəcəyik. Biz o axşam yaşadığımız hadisələrin üzərindən səssiz keçə bilmərik. Bizə qarşı edilən tərbiyəsizliyi, vəhşiliyi, qəddarlığı dözümlülüklə qarşılayacaq deyilik. Ona görə də bu dörd sanksiyanı indi ortaya qoyduq. Ümid edirik ki, hadisələr müsbət istiqamətə doğru inkişaf edər. Digər sahələrə də sanksiyalar tətbiq etmək üçün hazırlıqlarımızı davam etdiririk”.

Xatırladaq ki, bundan əvvəl Ankara ölkənin hava məkanını Hollandiyanın diplomatik reysləri üçün bağlayıb. Bundan başqa, Hollandiya səfirinin ölkəyə girişinə qadağa qoyulub, Türkiyə-Hollandiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti dayandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here