Türkiyə “Fərat qalxanı” əməliyyatının başa çatdığını bəyan edib

0
313913

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı başa çatıb.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

“Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb”, bəyanatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here