ABŞ prezidenti Donald Trampın sabiq prezident Barak Obamanın göstərişi ilə onun telefon danışıqlarının seçkiqabağı kampaniya zamanı dinlənilməsi ilə bağlı bəyanatı xüsusi xidmət orqanlarını çaşbaş salıb.
VOİCEPRESS–in məlumatına görə, bu barədə Fox News telekanalı şəxsi mənbəsinə istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları başa düşmürlər ki, Tramp telefonların dinlənilməsi ilə bağlı açıqlama verərkən o, nəyi nəzərdə tuturdu.
Mənbə bildirib ki, prezident ittiham edərkən həmin şəxslərlə bağlı heç bir məsləhətləşmələr aparmayıb.
Donald Tramp martın 4-də Twitter hesabında yazıb ki, eks-prezident Barak Obama seçkilərə bir ay qalmış telefonların dinlənilməsi ilə bağlı göstəriş verib.
VOİCEPRESS.AZ