ABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib.
VOİCEPRESS-in məlumatına görə, hava əməliyyatında məqsəd Somalidəki “əş-Şabab” terror təşkilatının mövqelərinə zərbə endirməkdir.
Pentaqonun mətbuat katibi Ceff Deyvis Somali və Afrika İttifaqının Somali missiyası qüvvələrinin “əş-Şabab”dan ərazi azad etdiyini deyib:
“ABŞ-ın hava hücumu həyata keçirməkdə məqsədi isə müttəfiqlərimizin təhlükəsizliyini təmin etməkdir”.
VOİCEPRESS.AZ