Tram Hillari Klintonla bağlı çağırış etdi

0
313617

D. Trampdan xanım Klintona qarşı ittiham

ABŞ prezidenti Donald Tramp Nümayəndə Palatasını Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb. VOİCEPRESS xəbər verir ki. bu barədə o, özünün “Tvitter” səhifəsində yazıb.

“Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarinin seçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyatdır”, D.Tramp yazıb.

Seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here