“Atletiko” Madrid klubunun hücumçusu Fernando Torres “Deportivo” ilə oyunda huşunu itirib.
VOİCEPRESS xəbər verir ki, klubun tvitter hesabında oyunçunun ciddə kəllə-beyin zədəsi aldığı bildirilib. O, gecəni xəstəxanada keçirməli olacaq.
Qeyd edək ki, oyunun sonlarına yaxın rəqib futbolçu ilə toqquşan Torres huşunu itirib. Həkimlər 5 dəqiqə ərzində meydanda hücumçuya yardım göstəriblər. Daha sonra Torres təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
VOİCEPRESS.AZ