İranın paytaxtı Tehranda qəribə yol-nəqliyyat hadisəsi baş verib.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, insident Tehranın cənubunda Moləvi küçəsində evsizlərin toplaşdığı ərazidə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan sürücü təcrübəsizliyi səbəbindən idarəetməni itirərək avtomobili kütlənin üzərinə sürüb və daha sonra avtomobili saxlaya bilməyib.
Qəza nəticəsində azı 2 nəfər ölüb, 90-a yaxın adam yaralanıb.
Həmin sürücü polis tərəfindən saxlanılıb.
VOİCEPRESS.AZ