“Tarqovı”da qızlar saçyolduya çıxdılar – Polis güclə ayırdı

0
314727

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

VOİCEPRESS
lent.az-a istinadən xəbər verir ki, Xəqani küçəsi 24 ünvanın qarşısında (“Tarqovı” məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here