Tanınmış kinoşünas vəfat etdi

15 Mart, 13:26

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.

VOİCEPRESS xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.

Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.

A.Dadaşov əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here