İtaliya Azərbaycanın ən böyük layihəsinə icazə verdi

0
314585

Dövlət Şurası sakinlərinin narazılığını nəzər almayıb.

İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib. VOİCEPRESS-in RİA-ya istinadən verdiyi xəbərə görə, razılığın verilməsi ilə İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub. Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirirdilər. Bu qərar isə Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir.

TAP 520 km uzunluğunda olub Cənub Qaz Dəhlizinin davamı olaraq Azərbaycan qazını Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçməklə Avropaya daşıyacaq. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrə qədər artırıla bilər.

Cənub Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 40 milyard dollardır. Onun 9.3 milyard dolları TANAP-ın, 6 milyardı TAp-ın, 23.8 milyard dolları isə yatağının ikinci mərhələdə işlənməsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üçün ayrılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here