İsveçrə və Niderlandda Türkiyə XİN rəhbərinin səfərinə qarşı çıxdılar

9 Mart, 14:15

İsveçrənin Sürix şəhərinin rəhbərliyi federal hökumətə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərini ləğv etmək xahişi ilə müraciət edib.

VOİCEPRESS xəbər verir ki, bu barədə “France Presse” xəbər verib.

“Biz tədbirlər görülməsi xahişi ilə Bernə məktub göndərmişik ki, bazar günü Sürixdə gözlənilən hadisə baş verməsin” – deyə departamentin nümayəndəsi agentliyə bildirib. O, qeyd edib ki, Türkiyə XİN başçısının gələcəyi təqdirdə bir sıra aksiyalar gözlənilir.

Türkiyə xarici işlər nazirinin həmçinin Niderlandın Rotterdam şəhərində martın 11-ə planlaşdırılmış çıxışı da baş tutmayacaq. Bu barədə jurnalistlərə mer Əhməd Əbutalib xəbər verib.

Onun sözlərinə görə, konfrans mərkəzinin sahibləri Çavuşoğlunun iştirakı ilə tədbirin keçirilməsi üçün icazəni ləğv ediblər. “Əgər onlar bunu etməsəydilər, ola bilsin, mən özüm ictimai asayişə təhlükə səbəbindən aksiyanı şəxsən ləğv edərdim”, – deyə o qeyd edib.

Bundan əlavə, Əbutalib ümidvar olduğunu bildirib ki, beynəlxalq diplomatiya öz işini görəcək və Çavuşoğlu Niderlanda səfərindən ümumiyyətlə imtina edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here