Sürücülərin nəzərinə – “Avtobus zolaqları” ilə bağlı bilmədikləriniz

0
314120

Bakıda Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yeni çəkilmiş xüsusi hərəkət zolaqlarından keçid üçün istifadə edən şəxsi avtomobillər qoyulan qaydaları bilməli və riayət etməlidir. Bunu VOİCEPRESS-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, zolaqlarda 30-60 metr məsafədə giriş-çıxış yerləri ayrılıb. O qeyd edib ki, sürücülər həmin yerlərdən istifadə edib bir yoldan digər yola keçə bilərlər. Ekspert vurğulayıb ki, əgər avtobus xüsusi hərəkət zolaqlarından hərəkət etdiyi üçün keçmək mümkün olmursa, onda şəxsi avtomobillər dayanıb avtobusun keçməsini gözləməlidir.

Ə.Hüseynov vurğulayıb ki, işıqfor olan yerdə bu problem yaranmır, növbə ilə avtomobillər yolda hərəkət edir: “Ancaq işıqfor olmayan yerdə qoyulmuş qaydalara əməl etmək lazımdır ki, problemlər yaranmasın”.

Ekspertin fikrincə, xüsusi hərəkət zolaqlarının çəkilməsi yollarda tıxacların tamamilə aradan qaldırılmasına gətirib çıxarmayacaq: “Çünki bir neçə küçədə xətlərin tətbiq edilməsi vəziyyəti düzəldə bilməz. Amma yollarda bu xətlər də olmalı, eyni zamanda, başqa işlər də görülməlidir. Sürücülərin yol hərəkəti qaydalarına riayət eməsi ilə bağlı hazırlıq səviyyələri yüksəldilməli, ümumi yanaşmalar dəyişməlidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here