Sumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
VOİCEPRESS.AZ