İsrail Rusiyadan kömək istədi

10 Mart, 08:36

İsrailin naş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Qəza sektorunda əsir saxlanılan iki İsrail vətəndaşının və digər iki hərbçinin meyitlərinin ölkəsinə qaytarılmasında yardımçı olmasını xahiş edib. VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı Netanyahu Putinlə bugünkü görüşündən sonra verib.

“Mən, bütün dünyada etdiyim kimi, (hərbçilər) Oron Şaul və Adar Qoldin barədə məsələni qaldırdım, eyni zamanda, HAMAS-ın əsir götürdüyü digər iki İsrail vətəndaşı barədə danışdım. Rusiya prezidentindən xahiş etdim ki, humanitar vasitələrlə bu işdə kömək etsin”, – Netanyahu deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here