İslam Həmrəylik Oyunlarında könüllü kimi iştirak etmək istəyən tələbələrlə görüş

0
314245

Martın 29-da Bakı Dövlət Universitetində (BDU) IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak etmək istəyən, ərəb, fars, urdu və digər şərq dilləri üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

BDU-dan VOİCEPRESS-ə bildiriblər ki, tədbirdə bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov IV İslam Həmrəylik Oyunları ilə əlaqədar artıq bir neçə görüş keçirildiyini deyib. O, hazırda BDU-nun 500-dən çox tələbəsinin könüllü kimi əməliyyat komitəsinə kömək etdiyini bildirib.

IV İslam Oyunları Əməliyyat komitəsinin əməkdaşları Cavid Əliiskəndərli, Ülviyyə Nuriyeva, Aytən Hasilova və Ləman Quliyeva tələbələrə könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Sonra tələbələrin sualları cavablandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here