İşgüzar xanımlar Bakıda toplaşır

0
313590

Bu gün paytaxtda Beynəlxalq konqres keçirilir. Bu gün Bakıda ilk dəfə olaraq işgüzar qadınları bir araya toplayacaq irimiqyaslı tədbir keçiriləcək – “SHE Congress” (“Smart. Happy. Elegant.”).
VOİCEPRESS
-in məlumatına görə, “SHE Congress” tədbirində 8 saat ərzində 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərə 27 işgüzar qadın çıxış edərək şəxsi təcrübələrini bölüşəcəklər. Bundan başqa, işgüzar qadınlar və cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzu müzakirə olunacaq: iqtisadiyyat və bir-biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər və maneələrə qarşıdurmayadək.

Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək “SHE Congress”in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq 3 dəfə müxtəlif şəhərlərdə təşkil olunub. Layihə təməli 5 il bundan öncə qoyulmuş və “RED Communications” agentliyinin icraçı partnyoru Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin məntiqi davamıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here