Serbiyada nazir ağır yol qəzasına uğrayıb

3 Mart, 09:29

Serbiyanın demoqrafiya siyasəti üzrə naziri Slavitsa Cukiç-Deyanoviç ağır yol qəzasına düşüb. VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində nazir müxtəlif sınıq xəsarətləri, sürücüsü isə baş nahiyəsindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların vəziyyətinin stabil olduğu bildirilir.

İlkin məlumata görə, minik avtomobili ötmə manevri həyata keçirərkən qarşıdan gələn yük maşını ilə toqquşub. Araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here