Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi

0
313667

VOİCEPRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Konqres- EMK” seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

Bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb.

“Bütün sosioloji sorğulara əsasən “Konqres – EMK” bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyanın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar”, – deyə qəzetin mənbəsi bildirib.

Nəşrin yazdığına görə, “Konqres -EMB” blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: “Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi qüvvələr üçün qəbuledilməz olan sülh formulunu – seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here