Sabiq prezident həbs olundu

0
313617

O, 13 cinayət işində ittiham olunub

Koreya Respublikasının sabiq Prezidenti Pak Kın Henin həbsinə dair yerli məhkəmə order verib. VOİCEPRESS RiaNovosti-yə istinadən xəbər verir ki, P.K.He 13 cinayət işində, o cümlədən rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatların kənar şəxsə – rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunub.

Ölkədə prezident səlahiyyətlərini hazırda baş nazir Xvan Qe An icra edir. Qeyd edək ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here