Rusiyadan Azərbaycana qarşı gözlənilən böyük təxribat-VİDEO

0
314611

Azərbaycanın milyardlar qazanacağı layihə İtaliyada “ilişib”

İtaliyada Azərbaycan qazını Avropaya çıxaracaq Transadriatik Qaz Kəmərininin (TAP) tikintisinə qarşı böyük etiraz aksiyası keçirilib.

VOİCEPRESS-in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, etiraz aksiyaları ölkənin cənubunda yerləşən Apuliya bölgəsinin sakinləri tərəfindən kəmərin marşrutu üzərində baş tutub.

Aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar olub. Nəticədə xəsarət alanlar var.

Apuliya sakinləri TAP kəmərinin keçəcəyi ərazidə çoxillik zeytun ağaclarının kəsilməsinə qarşı çıxırlar.

İtaliyanın Ali administrasiya məhkəməsi qaz kəmərinin tikintisinin davam etdirilməsi barədə qərarı təsdiq edib. Apuliya vilayət məhkəməsi TAP-ın tikintisi ilə bağlı şikayət etmişdi.
“EurasiaNet” saytında dərc edilən məqalədə Azərbaycanın, eləcə də Qərbin bu məsələdə Rusiyadan şübhələndiyi, Azərbaycan və ABŞ rəsmilərinin Rusiyanın əleyhinə fikirlər səsləndirdiyi qeyd edilir.

Məsələn, 2014-cü ildə NATO-nun o vaxtkı baş katibi Anders Foq Rasmussen deyibmiş ki, Rusiya ətraf mühit fəalları vasitəsilə yalan informasiya yayaraq, layihəyə mane olmağa, Avropanın Rusiyadan asılılığını saxlamağa çalışır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə TAP əleyhinə təbliğatın Rusiyanın məqsədlərinə xidmət etdiyini söyləyib.

VOİCEPRESS xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da istipress-ə müsahibəsi zamanı Rusiya faktorunu istisna etməyib.

O bildirdi ki, İtaliyada TAP-a qarşı etiraz aksiyalarının arxasında Rusiyanın olmasına dair real faktlar olmasa da ehtimallar böyükdür.

“Avropa bazarına alternativ mənbədən qaz çıxarılması artıq reallaşmaq üzrədir. İtaliya layihənin həyata keçirilməsi ilə bağlı bütün qərarlarını verib, real addımlar atmağa başlayıb. Rusiyanın “Qazprom” şirkəti isə Cənub axını layihəsinin Avropa çatdırılmasında bir sıra problemlərlə üzləşib. Avropanın Azərbaycan qazına şərait yaratması, eyni zamanda kəmərin istiqamətinin müəyyənləşdirilməsindən yaxından iştirak etməsi, həmin münasibəti Rusiyaya göstərməməsi Moskvada qıcıq yaradır. Rusiyada bəzi dairələrdə TAP layihəsinə istehza ilə yanaşdırdılar”, – deyə İlham Şaban bildirib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here