Rusiyada güclü zəlzələ oldu

0
314086

Kamçatka yarımadasının şərqində 6,6 bal gücündə zəlzələ olub.

VOİCEPRESS xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ 6,6 bal gücündə olub. Yeraltı təkanlar Ust-Kamçatsk yaşayış məntəqəsindən 89 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələnin episentri 22,8 kilometr dərinlikdə yerləşib.
Hələlik xəsarət alanlar və dağıntı barəsində məlumat verilmir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here