Rusiya nümayəndə heyəti Andrey Karlovun öldürülməsini araşdırmaq üçün Türkiyəyə yola düşüb

0
313802

Rusiya nümayəndə heyəti ölkənin Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsini araşdımaq üçün Ankaraya yola düşüb.

VOİCEPRESS “Haber7″yə istinadən xəbər verir ki, mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində məhkəmə tibbi eksperti də var.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı sui-qəsd nəticəsində öldürülüb. Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here