Rüfət Aslanlı: “O banklar barəsində ciddi tədbir görəcəyik”

0
314537

“Bankların müştəriləri aldatmaması məqsədi ilə kredit müqavilələrinin şərtləri yenilənib”.
VOİCEPRESS
xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Palata sədri bildirib ki, kreditlərin verilməsi ilə bağlı müqavilə şərtlərində və müqavilənin yazılışında yeni qayda müəyyən edilib.

“Hətta, Palata banklardan tələb edir ki, müqavilə şərtləri 12 şriftdən aşağı belə, yazılmasın ki, müştəri müqavilənin şərtlərini rahat oxuya bilsin. Bundan əlavə, müqavilədə kreditin faizi və digər əsas məsələlərin xüsusi seçilən şriftlərlə yazılmasını tələb edirik. Bununla yanaşı, son dövrlərdə dollarla verilən kreditlərin ekvivalentə uyğun verilməsi öz əksini tapıb”.

R.Aslanlı bildirib ki, burada maliyyə savadsızlığı ciddi problem yaradır.

“Düzdür, maliyyə savadsızlığı təkcə bizdə deyil. Hətta, dünyanın inkiaşf etmiş ölkələrində də mövcuddur. Amma hansı banklar müştəriyə köhnə qaydada verərsə, bununla bağlı bizə məlumat versin, biz onlar barəsində ciddi tədbir görəcəyik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here