Rövnəq Abdullayev: “Oğlum istefa verəcək”

15 Mart, 17:36

AFFA prezidenti: “Rəşadı futbola qəsdən qoşdum ki, başını qatsın.”

AFFA-nın prezidenti Rövnəq Abdullayev oğlu Rəşad Abdullayevin “Səbail”in Müşahidə Şurasının sədri olması ilə bağlı məsələyə aydınlıq gətirib.

VOİCEPRESS-in məlumatına görə, mətbuat konfransında R.Abdullayevə belə sual verilib:

“Oğlunuz “Səbail”in Müşahidə Şurasının sədridir. Komanda Premyer Liqaya vəsiqə qazansa, əlavə söz-söhbət yaranmayacaq?”

Suala cavabında isə AFFA prezidenti oğlunun istefasını istisna etməyib.

“Oğlum Rəşad futbolu sevir. Onu futbola qəsdən qoşdum ki, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. Çünki deyəndə ki, niyə Bakıya gəlmirsən, cavab verirdi ki, nəyə gəlim, məşğul olmağa iş yoxdur. “Səbail” Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz”, – deyə R.Abdullayev bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here