Rövnəq Abdullayev: “Biz nə bilək ki, oyun qumara qoyulacaq”

15 Mart, 14:02

Martın 10-da Azərbaycan I divizionunda XIX turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan “Göyəzən” – “Şərurspor” matçının nəticəsinin şübhəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

VOİCEPRESS xəbər verir ki, artıq həmin qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırıldığı rəsmən təsdiqlənib. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev hesabat seçki konfransında deyib: “Bəli martın 10-da keçirilən “Göyəzən” – “Şərurspor” matçı satılıb. Biz hardan bilə bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik”.

Abdullayev qarşılaşmanın qumara qoyulması ilə bağlı UEFA-dan məktub alqıqlarını və müvafiq tədbirlər görəcəklərini bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here