İrland dənizi üzərində vertolyot itib

0
313646

Göyərtəsində beş nəfər olan vertolyot İrland dənizi üzərində radarlardan itib.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bu barədə Irish Times qəzeti xəbər verib.

Qeyd olunur ki, hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Böyük Britaniyanın sahil mühafizə xidmətinin məlumatına görə, Twin Squirrel özəl vertolyot axşam Milton-Kinsdən Dublinə yola düşüb. O, Uelsdə Kaernafon şəhəri yaxınlığında yerləşən körfəz rayonunda yoxa çıxıb.

Bildirilir ki, pis hava şəraiti axtarışları daha da çətinləşir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here