İran qadın idmançılarını cəzalandırdı

0
314778

İran Bilyard Federasiyası, Çində keçirilən sərbəst bilyard oyunlarına qatılan qadın idmançılarını İslam geyim qaydalarına zidd geyindikləri üçün cəzalandırıb.

VOİCEPRESS İran KİV-nə istinadən xəbər verir ki, federasiya cəza olaraq, qadın idmançıları bir il ərzində ölkə daxilində və xaricində keçirilən bütün yarışlardan uzaqlaşdırıb. Federasiya, cəza verdiyi idmançılar adını daha sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, ötən ay İran Şahmat Federasiyası, bənzər səbəblə 18 yaşlı qadın şahmatçı Dorsa Dersanşayini bütün yarışlardan uzaqlaşdırıb və şahmat üzrə İran millisindən çıxarıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here