Quba-Qusar yolunda ağır qəza: İki nəfər öldü

0
313881

Hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. VOİCEPRESS-in şimal bürosunun xəbərinə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here