“Qlobal dünyada hər kəs başa düşməlidir ki…”

0
313808

“Soyuq müharibədən sonra hamıya elə gəlirdi ki, 25 il sonra ölkələr daha sıx əməkdaşlıq edəcəklər”.

VOİCEPRESS verir ki, bunu V Qlobal Bakı Forumunun sessiyasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

O qeyd edib ki, o zaman nikbin perspektivlərə baxmayaraq bu, baş vermədi: “Əksinə, dünya indi müharibələrlə, terrorla və insanlar arasında anlaşılmazlıqlarla üz-üzədir”.

G.Marqvelaşvilinin sözlərinə görə, Gürcüstan bu gün bir çox sülhməramlı missiyalarda iştirak edir və hesab edir ki, bu, ölkəni daha stabil edir: “Bu qlobal dünyada hər kəs başa düşməlidir ki, baş vermə yerindən asılı olmayaraq istənilən hadisə hər birimizə təsir edir”.

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here