Şəhid xanımı: ” Rəcəb Babaşov şəhid ailələrinə dəstəyini heç bir vaxt əsirgəməyib”

15 Mart, 17:16

Əksər hallarda redaksiyamıza ünvanlanan məktublarda, müraciətlərdə məmur özbaşınalığından şikyyət dolu yazılar olur. Lakin bu dəfə tam əksi baş verib. Qazax rayonu şəhid ailəsindən gələn bir məktub ölkəmizdə vicdanlı, işini, xalqını sevən və ona verilən bu vəzifənin öhdəsindən layiqincə gələn məmurların olmasının bariz nümunəsidir.
Şəhid ailəsi Mustafayeva Kifayət Mircəfər qızı VOİCEPRESS-ə ünvanladığı məktubunda prezident İlham Əliyev cənablarına Qazax royununa Rəcəb bəy Babaşovu İcra hakimi təyin etdiyi üçün minnətdarlıq edir:
“Respublikamızın qərb qapısı sayılan Qazax rayonuna Rəcəb Babaşov İcra başçısı təyin olduğu gündən aparılan abadlıq və quruculuq işləri çərçivəsində həyata keçirilən sosial layihələr bir çox problemləri həll etmişdir.

Rayonda abadlıq-quruculuq işləri davam etdirilir. Qazax şəhərinin prospekt və küçələrində 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilmiş, hasarlar hörülmüş, giriş qapılarında təmir işləri görülmüşdür. Bayraq meydanında, Nəriman Nərimanov yaşayış massivində abadlıq işləri aparılmış, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır. Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və bir neçə mərkəzi küçədə abadlıq-quruculuq işləri aparılmış, yaşıllaşdırma işləri görülmüş, Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər xiyabanları əsaslı təmir edilmiş, Qazaxbəylilər kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə mərasim zalı inşa edilmişdir. Hazırda rayon mərkəzində çoxmənzilli binalarda, Heydər Əliyev prospektində təmir-abadlıq işləri davam etdirilir, işıqlandırma sistemi yenidən qurulur, yaşıllıq zolağı salınır. Şəhidlər xiyabanında və Cümə məscidinin ətrafnda abadlıq işləri aparılır.

Şəhid xanımı: " Rəcəb Babaşov şəhid ailələrinə dəstəyini heç bir vaxt əsirgəməyib"

İstər şəhərin, istərsə də kəndlərin daha abad və yaraşıqlı olması üçün həyata keçirilən bu abadlıq işləri Qazaxın gündən-günə gözəlləşməsindən xəbər verir.
Heydər Əliyev prospektində həyata keçirilən abadlıq və quruculuq işləri son nəticədə prospektin yeni görkəm almasına gətirib çıxarıb.
Abadlıq və quruculuq işləri ilə yanaşı, əhalinin işlə təminatı üçün də tədbirlər görülür.

Cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman bizim problemlərimiz ilə yaxından maraqlanıb, hər zaman bizi dinləyir və problemlərimizi həll etmək üçün əlindən gələni edir. Hər bayram və əziz günlərdə olduğu kimi Novruz bayramında da şəhid ailələri unudulmadı, bizim üçün bayram süfrəsi açıldı.

Qazax rayon İcra Hakimiyyəti tərəfindən bizim üçün təşkil olunmuş bayram tədbirində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları iştirak edirdi.

İcra baççısı cənab Rəcəb Babaşov hər bir ailəni bayram münasibəti ilə təbrik etdi, xoş diləklərini bildirdi. O, bildirdi ki, “şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblə”.

Mən bütün şəhid ailələri və Qazax xalqı adından prezidentimiz İlham Əliyev cənablarına Qazax rayonuna cənab Rəcəb Babaşovu icra başçısı təyin etdiyi üçün dərin təşəkkürümü bildirirəm”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here