Qazancımız: 2 oyunda 6 xal

27 Mart, 07:05

Azərbaycan gələn ay açıqlanacaq FİFA reytinqindəki xalı bəllidi. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, hazırda 380 xalla dünyanın 89-cusu olan Robert Prosineçkinin yetirmələrinin aktivi 386-ya qədər artacaq.

Buna martda keçirilən iki oyunun nəticəsi səbəb olub. Belə ki, ayın 9-da Qətərlə səfərdəki yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib, bu gün DÇ-2018-in seçmə oyununda Almaniyaya 1:4 hesabı ilə uduzan komandamız iki matçın yekununda 6 xal əldə edib.

Hərçənd, aprelin 6-da açıqlanacaq siyahıda daha çox xalımız ola bilərdi. Təbii ki, millimiz Bundestimə uduzmasaydı.

Bərabərlik bu rəqəmi 440-a, inanılmaz görünən qələbə isə 548-ə qədər yüksəltmək imkanı verirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here