Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya rəsmi səfər edəcək.
VOİCEPRESS-in “İnterfax”a istinadən verdiyi məlumata görə, Sarkisyan Rusiya paytaxtında 2 gün qalacaq və Vladimir Putin ilə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.
VOİCEPRESS.AZ