Psixotrop maddələrlə bağlı qaydalar sərtləşdirildi

10 Mart, 14:20

Psixotrop maddələr və Azərbaycanın təhlükəsizliyinə təhdid olan maddələrin daşınması ilə bağlı qaydalar sərtləşdirilib.

VOİCEPRESS xəbər verir ki, Milli Məclisdə ölkə prezidenti tərəfindən parlamentə təqdim olunan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında” müzakirə olunub.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihələri haqqında məlumat verib.
O bildirib ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisindən keçən nəqliyyat vasitələrinin Sərhəd Qoşunları və gömrük orqanları tərəfindən yoxlanıla bilər.

Xəzər dənizindəki sərhəd sularında gömrük orqanlarının iştirakı mümkün deyilsə, burada Sərhəd qoşunlarının nümayəndələri müvafiq araşdırmalar apara bilər.
Dövriyəsi məhdudlaşdırılmış psixotrop maddələrin və Azərbaycanın təhlükəsizliyinə təhdid olan maddələrin Azərbaycana daşınması da qadağan edilir.

Z.Əsgərov deyib ki, hər iki qanun dövlət təhlükəsizliyinin gücləndirilməsi və milli maraqlarının qorunmasına xidmət edir.
Deputat Fazil Mustafa qanun layihələri barədə deyib ki, dəniz sularındakı yoxlamalar zamanı gömrük nümayəndələrinin iştirakı üçün müəyyən vaxt qoyula bilər.
“Bu zaman məsuliyyət yalnız Sərhəd qoşunlarının üzərinə düşməz”.
Deputat xarici vətəndaşların mallarının yoxlanılması zamanı ortaya hansısa sualların çıxacağını da vurğulayıb.

Z.Əsgərov bildirib ki, bu, yerində verilmiş sualdır.

“Ancaq söhbət təkcə xarici vətəndaşlardan getmir. Ola bilsin ki, onlar Azərbaycan vətəndaşlarıdır, xaricdən hansısa mal gətirirlər. Növbəti mərhələdə sözsüz ki, gömrük əməkdaşları da araşdırmalarda iştirak edəcəklər”.
Müzakirələrdən sonra hər iki layihə qəbul olundu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here