Prezidentin qızı pulsuz işləyəcək

0
314776

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp yoldaşı Cared Kaşner kimi rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək. VOİCEPRESS-in məlumatına görə, bu barədə The New York Times yazıb.

Məlumata görə, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var. Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi. Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here