Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24 Mart, 18:34

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here