Övlad qətlinin təfərrüatı: ata oğlunu mülk davasına görə öldürüb – FOTO

0
313882

Röyal Məmmədov polis tərəfindən saxlanılıb

Sabirabadda 7 yaşlı uşağın qətli ilə bağlı araşdırma aparan Sabirabad rayon prokurorluğu hadisə ilə bağlı geniş açıqlama verməsə də, qətlin ailə-məişət zəminində yaranan mübahisə nəticəsində baş verdiyini təsdiqləyib. VOİCEPRESS istipress-ə istinadən xəbər verir ki, 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirən Sabirabadın Ulacalı kənd sakini 27 yaşlı Röyal Məmmədov uzun illərdir narkotik istifadəçisidir. Bu səbəbdən 1-ci arvadından ayrılan Röyal Məmmədovun ikinci həyat yoldaşından da 3 uşağı var və qətlə yetirilən Röyamin uşaqların ilkidir. Həyat yoldaşının çörəkbişirməklə əldə etdiyi gündəlik çörək pulunu narkotik vasitələr almağa sərf edən R.Məmmədovla yoldaşı arasında tez-tez ailə münaqişələri baş verdiyini, kişinin qadınını tez-tez döydüyünü deyən qonşular atadan belə qansız hərəkəti gözləmədiklərini, bütün kəndin baş verən olayla bağlı şok yaşadığını deyirlər. Ailə yaxınlarının bildirdiyinə görə, son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, daldalanacaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. Qadın vaxtında qaçaraq canını qurtarıb. Arvadının qisasını oğlundan almaq istəyən ər onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına çəkiclə zərbələr vurmaqla onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov artıq polis tərəfindən saxlanılıb. Xatırladaq ki, o, bundan əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here