Ordumuzun erməni qərargahı ilə yanaşı MƏHV ETDİKLƏRİ

2 Mart, 10:07

Ermənistan ordusunun işğal altında saxladığı Xocavənd rayonu istiqamətindəki uzunmüddətli müdafiə sisteminə daxil olan mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahının vurulması anlarının videosunda maraqlı məqamlar var.

VOİCEPRESS bildirir ki, belə ki, Azərbaycan ordusunun cavab zərbəsinin endirilməsindən cəmi 6 saniyə əvvəl qərargahın önündəki yola Ural-4320 0912 40A1 markalı hərbi avtomobil yan alır. Dağlıq Qarabağda yerləşdirilmiş Ermənistan hərbi birləşmələri bu avtomobillərdən yükdaşımalar və artilleriya vasitələrinin, xüsusilə də 122 mm çaplı DA18M-1 (QRAU- 2A18) haubitsalarının dartqısı üçün istifadə edirlər.

Lakin kadrlarla görünən qərargaha yan alan Ural-4320 0912 40A1 avtomobilində erməni hərbçilər var. Ermənilər Dağlıq Qarabağda Ural vasitəsilə şəxsi heyəti daşıyanda kuzovda bir qayda olaraq 18-24 nəfər olur. Bu isə Uralın yaxınlığındakı partlayış nəticəsində neçə erməni hərbçisinin yaralandığını və həlak olduğunu təqribi müəyyənləşdirməyə imkan verir.

Kadrlarda qərargahın önündəki iki off-roud tipli avtomobildən (ağ rəngli VAZ Niva 2121 və UAZ 2206) 4 zabitin düşərək səngərlərə tərəf qaçdığı görünür. Onlar üstü örtülmüş, hündür brusverli və betonla möhkəmləndirilmiş iki pulemyot meydançasına (“trassirovkalı səngər”) tərəf gedirlər.

Bu zaman partlayışlar olur və zabitlər ağır qəlpə yaraları alırlar.

Partlayışlardan biri uzunmüddətli atəş nöqtələrinin idarə olunduğu yerdə, ikisi isə qərargahın yanında yaşanır.

Ən başlıcası isə partlayışların tipidir. Kadrlardan göründüyü kimi, partlayışlardan ikisi qəlpəli-fuqas, biri isə kumulyativ başlıqdan istifadəni göstərir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here