Ölkəmizdə gənc nəslin elmə və təhsilə cəlb olunması üçün mühüm addımlar atılır

0
314363

Martın 29-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

FHN-dən VOİCEPRESS-ə bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd edib ki, elmi-texniki tərəqqinin sürətləndirilməsi, davamlı iqtisadi inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin və təhsilin rolu danılmazdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Hazırda Azərbaycanda gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır.

P.Süleymanov son illər FHN Akademiyasında elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi-tədqiqat işlərinin aparılması, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi-konfransların keçirilməsi, elmi məqalələrin çap edilməsi, tədris zamanı əldə olunan bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət yetirildiyini də nəzərə çatdırıb.

Konfransda FHN Akademiyasının kursantı Mirramin Yunusov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Cəmilə Çinarzadə, Azərbaycan Texniki Universitetinin tələbəsi Natiq Novruzov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı Böyükağa Cəfərov məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Akademiyanın həyat fəaliyyəti təhlükəsizliyi fakültəsinin rəisi, polkovnik-leytenant Elçin Mahmudov və yanğın təhlükəsizliyi fakültəsinin rəisi, daxili xidmət polkovniki Azər Rüstəmovun sədrlik etdikləri bölmə iclaslarında kursantların və tələbələrin müxtəlif mövzular üzrə məruzələri dinlənilib.

Tədbirin sonunda bir neçə kursant və tələbə FHN Akademiyasının fəxri fərmanları ilə təltif olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here