VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda iştirak edən rusiyalı politoloq Oleq Kuznetsov bildirib.
O.Kuznetsov deyib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federal Şuradır. O qeyd edib ki, erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırım terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir:
“Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən bu petisiyanı tək azərbaycanlıları yox, bütün bəşəriyyəti dəstəkləməyə çağırıram. Terrorizhmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər “.
VOİCEPRESS.AZ