“Od vurub yandıracağıq” – Erməni məmuru hədələdilər

0
314719

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar, namizədlər arasında rəqabət kəskinləşir.

VOİCEPRESS erməni KİV-nə istinadən xəbər verir ki, bu dəfə Syunik vilayətinin Xoznovar icmasında vəziyyət kritik həddə çatıb.

Məlumata görə, Seçki komissiyasının Tsarukyan partiyasından olan sədri Hrayr Alaverdyanın maşınının üzərinə benzin töküb yandırmaq istəyiblər. Maşının üzərinə qoyulan bildirişdə ona xəbərdarlıq edilib, Bildirilib ki, növbəti dəfə onun maşınına od vurulacaq.

Bu arada nəşr yazır ki, Xoznovar məktbəninin direktoru Vladimir Zakaryan erməni dili və ədəbiyyat müəllimi K. Manqasaryan və onun həyat yoldaşını otağına çağıraraq onlardan hakim Respublika partiyasına səs vermələrini tələb edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here